Ərdoğan Qətərə səfər edib

22:10 - 18 İyul 2023 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Doha hava limanında Ərdoğanı və onu müşayiət edən nümayəndə heyətini Qətərin baş nazirinin müavini, dövlət müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyə qarşılayıb. Türkiyə prezidentinin ərəb dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcəyi gözlənilir.

Xəbər xətti