Aİ iyulun 19-da Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gələ bilər

16:09 - 18 İyul 2023 - DÜNYA

Aİ-yə üzv ölkələrin Avropa İttifaqındakı səfirləri anti-Rusiya sanksiyalarını genişləndirmək barədə qərar qəbul edə bilərlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə xarici mətbuata Aİ orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

"Çərşənbə günü üzv ölkələrin Aİ-dəki səfirlərinin görüşündə, yəqin ki, sanksiyalar siyahısına yeni şəxslər və qurumların əlavə edilməsi yolu ilə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə dair qərar qəbul ediləcək”, - məlumatda deyilir.

"Sanksiya siyahısı, çox güman ki, ondan çox girişə qədər genişləndiriləcək. Söhbət dezinformasiya fəaliyyətinə görə məsuliyyət daşıyan şəxslər və təşkilatlardan gedir", - agentlik mənbəyə istinadən qeyd edib.

Xəbər xətti