Britaniya parlamenti qeyri-qanuni miqrasiya qanununu qəbul edib

15:00 - 18 İyul 2023 - DÜNYA

Böyük Britaniya parlamenti qeyri-qanuni miqrasiya haqqında qanun layihəsini qəbul edib, bu qanun hakimiyyət orqanlarına qeyri-qanuni yollarla daxil olan və sığınacaq üçün müraciət etmiş insanları ölkədən çıxarmağa imkan verəcək.

Aprel ayında İcmalar Palatasında təsdiqlənən qanun layihəsi çərşənbə axşamı gecə Lordlar Palatasından yaşıl işıq alıb.

Qanun layihəsi hökumət tərəfindən 2023-cü ilin martında təqdim edilib və hər il artan kütləvi qeyri-qanuni miqrasiya problemini həll etmək məqsədi daşıyır.

Britaniya Nazirlər Kabinetinin rəhbəri Rişi Sunak ölkəyə gələn qeyri-qanuni mühacirlərə qarşı La-Manş boğazını keçməklə ölkəyə gələn qeyri-qanuni mühacirlərlə mübarizəni baş nazirliyinin əsas məqsədlərindən birinə çevirəcəyini vəd edib. 

Xəbər xətti