ABŞ-da səkkiz yaşlı uşaq avtomobil qaçırdığı üçün həbs olunub
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Alabama ştatının Montqomeri Polis Departamenti ilə işləyən mayor Saba Koulmanın dediyinə görə, mühafizə xidmətinə zəng edərək avtomobilin oğurlandığı bildirilib. Polisin tələblərinə məhəl qoymayaraq onu təqib edən səkkiz yaşlı uşaq olduğu üzə çıxıb.
Təqib zamanı avtomobili idarə edən oğlan başqa bir avtomobillə toqquşub və hadisə yerini piyada tərk etmək istəsə də, dərhal tutularaq azyaşlılar üçün təcridxanaya yerləşdirilib.
O, birinci dərəcəli soyğunçuluq, cinayət yerindən qaçmağa cəhd və oğurluq zamanı istifadə olunmuş odlu silah saxlamaqda ittiham olunur.