Lavrov və Fidan taxıl müqaviləsi ətrafında vəziyyəti müzakirə ediblər
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu gün xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. Söhbət zamanı İstanbul Taxıl Sazişi çərçivəsində son hadisələr müzakirə olunub", - Türkiyə XİN-dən bildiriblər.