ABŞ Hindistandan qaçaqmalçılıq yolu ilə çıxarılan 105 qədim əşyanı qaytarıb

10:34 - 18 İyul 2023 - DÜNYA

ABŞ hakimiyyəti ölkədən qeyri-qanuni yollarla Hindistana ixrac edilən 105 əntiq əşyanı təhvil verib

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının ABŞ-dakı səfiri Taranjit Sinqh Sandhu məlumat verib. Məlumata görə, onlardan ən qədimi eramızın 2-ci əsrinə aiddir.

"105 hind antikvarı evə gəlir! Baş nazir Narendra Modinin iyun ayında ABŞ-a səfərindən sonra Nyu-Yorkda hind artefaktlarının bərpası mərasimində iştirak etməkdən məmnunam", - Hindistan səfiri tvitter hesabında yazıb.

“Press Trust of India” agentliyinin məlumatına görə, mərasim əntiq əşyaların geri qaytarılması prosesində iştirak edən Manhetten dairə prokurorunun ofisində keçirilib. Onlar 2-ci əsrdən 19-cu əsrə aiddir və Hindistanın müxtəlif bölgələrindən gəlirlər. Onların əhəmiyyətli bir hissəsi ibadət obyektləridir.///tass

Xəbər xətti