Səudiyyə Ərəbistanı və Türkiyə çərşənbə axşamı enerji, investisiya və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra saziş və anlaşma memorandumları imzalayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Sazişlərin imzalanması mərasimi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşdən sonra Ciddədə baş tutub.
İmzalanmış sənədlər arasında agentlik iki ölkənin hökumətləri arasında enerji sahəsində anlaşma memorandumu, birbaşa investisiyalar sahəsində anlaşma memorandumu, eləcə də enerji sahəsində layihələrin həyata keçirilməsinə yönəlmiş tədbirlər planını qeyd edir. Bundan başqa, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan Türkiyənin “Baykar” şirkəti ilə iki müqavilə imzalayıb.