Yaponiya Hava Özünümüdafiə Qüvvələri və Fransa Hərbi Hava Qüvvələrinin pilotları iyulun 26-dan 29-dək ilk birgə döyüş təyyarələri təlimini keçirəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamada Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
"Bu mühüm təşəbbüs Fransanın cəlb edilməsinə və "açıq və azad Hind-Sakit Okean regionu" konsepsiyasının həyata keçirilməsinə kömək etmək məqsədi daşıyır", - nazir vurğulayıb.
Yaponiya Özünümüdafiə Qüvvələrindən üç F-15 və iki F-2 qırıcısının, Fransa Hərbi Hava Qüvvələrindən isə iki Rafale qırıcısının cəlb olunacağı gözlənilir. Kyodo agentliyinin məlumatına görə, qarşıdakı təlimlərin məqsədi Pekinin regiondakı fəaliyyətini nəzərə alaraq Tokio və Paris arasında əməkdaşlığı gücləndirməkdir.