İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri payızda baş tutacaq.
Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ prezidenti Co Baydenlə Netanyahu arasında telefon danışığını şərh edərkən bildirib.
"Və o, payızın hansısa vaxtında Baş nazir Netanyahu ilə görüşmək barədə danışmağın vaxtı olduğunu düşünür" - Ağ Evin sözçüsü Bayden haqqında deyib.