ABŞ "vəziyyəti izləmək" və "ABŞ-ın maraqlarını və regionda naviqasiya azadlığını qorumaq" üçün F-35 və F-16 qırıcıları ilə birlikdə USS Thomas Hubner təyyarədaşıyan gəmisini Hörmüz boğazına göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Hörmüz boğazında son vaxtlar baş vermiş bir sıra narahatlıq doğuran insidentlərə cavab olaraq, müdafiə naziri USS Thomas Hubner təyyarədaşıyan gəmisi, F-35 qırıcıları və F-16 qırıcılarının ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) ərazisinə yerləşdirilməsinə göstəriş verib. Ona örə ki, ABŞ-ın maraqlarını və regionda naviqasiya azadlığını qorumaq üçün məsuliyyət daşıyır"- o, deyib.
Sinq əlavə edib ki, Pentaqon “öz mövcudluğunu və Hörmüz boğazında və ona bitişik sularda vəziyyətə nəzarət etmək imkanını genişləndirmək niyyətindədir.