Tayvan və Fransa "Mirage 2000" qırıcıları ilə bağlı müqavilə imzalayıb

21:28 - 17 İyul 2023 - DÜNYA

Tayvan Hərbi Hava Qüvvələri iki yerlik "Mirage 2000-5" qırıcılarının xidmət müddətini uzatmaq üçün Fransanın Dassault Aviation şirkəti ilə müqavilə imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Taipei Shibao qəzeti məlumat yayıb.

Məlumata görə, müqavilənin məbləği təxminən 4,9 milyon dollar təşkil edib. Müqavilə təyyarənin istifadə müddətinin üç il uzadılmasını nəzərdə tutur.

Tayvan 1992-ci ildə Fransadan 60 Mirage 2000 qırıcısı alıb. 

Xəbər xətti