Putin Krım körpüsündə vəziyyətlə bağlı iclas keçirir

20:47 - 17 İyul 2023 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin səhər tezdən pilotsuz təyyarələrin hücumuna məruz qalan Krım körpüsü ilə bağlı müşavirə keçirir.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, iştirakçılar arasında, o cümlədən Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin də dövlət başçısının adından həmin yerə gedib.

Gözlənildiyi kimi, baş nazirin müavini hesabatla çıxış edəcək.

Xatırladaq ki, bazar ertəsi gecə Ukraynaya məxsus iki yerüstü pilotsuz uçan aparat Krım körpüsündə terror aktı həyata keçirib. Hücum nəticəsində iki böyük ölüb, bir uşaq yaralanıb, yolun hərəkət hissəsinə ziyan dəyib.

Xəbər xətti