"Vaqner" özəl hərbi dəstəsi Krasnodar diyarının Molkino şəhərindəki əsas bazasını bağlayıb.
Ucnoqta.az xəbər verir ki, hərbi dəstə videogörüntü yayaraq 17 iyul tarixindən fəaliyyətlərini dayandırdıqlarını bildirib. Artıq bazada Vaqner və Rusiya bayraqları götürülüb.
Xatırladaq ki, ötən həftə “Vaqner” silahları Müdafiə Nazirliyinə təhvil verib, bundan sonra “Vaqner”in Belarusa gedən kolonlarının videosu yayılıb.