Çinli meteoroloqlar rekord temperaturu qeydə alıblar

16:11 - 17 İyul 2023 - DÜNYA

Çinli meteoroloqlar Sincan-Uyğur Muxtar Bölgəsində yay üçün rekord yüksək hava temperaturu - 52,2 dərəcə qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Meteorologiya İdarəsi öz saytında məlumat yayıb.

"Ən yüksək temperatur iyulun 16-da Sintszyan-Uyğur Muxtar Bölgəsinin Turpan şəhər rayonunda qeydə alınıb və 52,2 dərəcəyə çatıb və ilin bu vaxtı üçün tarixi yüksək temperatur həddini keçib", - məlumatda deyilir.

Xəbər xətti