Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısına 14 yeni maddə əlavə edib

14:22 - 17 İyul 2023 - DÜNYA

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısına 14 yeni maddə əlavə edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, London Rusiya Federasiyasının təhsil naziri Kravtsova və Kamçatka qubernatoru Solodova qarşı sanksiyalar tətbiq edib.

Böyük Britaniya Rusiya Federasiyasının mədəniyyət naziri Lyubimova, jurnalist Krasovski, siyasi strateq Sergeytsevə qarşı sanksiyalar tətbiq edib. Britaniya Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Qançevə və Adıgey Kumpilova qarşı da sanksiyalar tətbiq edib.

Krımda yerləşən “Artek” beynəlxalq uşaq mərkəzinə də sanksiyalar tətbiq edilib.

Xəbər xətti