"PSJ" klubu hücumçusu Kilian Mbappeyə ultimatum verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Twitter”də Sports Zone məlumat yayıb.
Məlumata görə, komanda ya hücumçu ilə müqaviləni uzatmağa, ya da 2023-cü ilin yayında onu satmağa hazırlaşır.
Qeyd olunur ki, rəhbərlik Mbappeni klubda qalmağa razı salmaqda davam etmək niyyətində deyil. Müqavilənin uzadılması təklifi futbolçuya iki həftə əvvəl göndərilib və parislilər bunu təkmilləşdirməyəcək. İyulun 18-də onlar futbolçu ilə görüşəcək və ultimatum təqdim edəcəklər.
PSJ-nin Mbappe ilə 200 milyon avro və müqavilədə nəzərdə tutulan loyallıq bonusunun yarısı müqabilində yollarını ayırmağa hazır olduğu bildirilir. Klub bu şərtlər daxilində bütün təkliflərə açıqdır.