Cənubi Koreyada onlarla avtomobil tuneldə su altında qalıb

11:44 - 17 İyul 2023 - DÜNYA

Cənubi Koreyada güclü yağışlardan sonra ölənlərin sayı 39 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, yağıntılar ölkənin mərkəzi və cənub rayonlarına düşüb. Su basmış yeraltı tuneldə onlarla insan ölü tapılıb. Cənubi Koreyanın daxili işlər nazirliyi də ölkə daxilində 9 nəfərin itkin düşdüyünü və 34 nəfərin yaralandığını bildirib.

Çonqju şəhərinin mərkəzindəki tuneldə azı 12 nəfər ölüb. 

Zərər çəkmiş ərazilərdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam edir.

Xəbər xətti