Kiyev rejimi terrorçudur və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın bütün əlamətlərinə malikdir, bu rejimə rəhbərlik Vaşinqton və London tərəfindən həyata keçirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Krım körpüsünə hücumla bağlı öz Telegram kanalında yazıb.
"Krım körpüsünə bugünkü hücumu Kiyev rejimi həyata keçirib. Bu rejim terrorçudur və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın bütün əlamətlərinə malikdir. Qərarlar Amerika və Böyük Britaniya kəşfiyyat xidmətlərinin və siyasətçilərinin birbaşa iştirakı ilə Ukrayna rəsmiləri və hərbçilər tərəfindən qəbul edilir. Terrorçu dövlət strukturuna ABŞ və Britaniya rəhbərlik edir”, - diplomat vurğulayıb.