Ukraynalı pilotların ilk qrupu "F-16" çoxfunksiyalı qırıcılarda təlim keçmək üçün yola düşüb. Tərəfdaş ölkələr onlarla təlim məkanı təmin ediblər
Ucnoqta.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat telemarafonun efirində bildirib.
Onun sözlərinə görə, pilot hazırlığı uzunmüddətli proqramdır.
"Birinci pilotlar qrupu yenidən hazırlığa gedəcək birinci dalğadır, sonra ikinci və s.. Söhbət onlarla nəfərdən gedir. “Gözləyirik, birinci qrup getdi, ikincisi ardınca gələcək” - deyə İqnat bildirib.