Krım körpüsü suüstü pilotsuz aparatla vurulub - RƏSMİ

11:11 - 17 İyul 2023 - DÜNYA

Krım körpüsü ötən gecə saat 03:05-də Ukraynaya məxsus iki pilotsuz suüstü gəmisi tərəfindən hücuma məruz qalıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
Bazar ertəsi səhər Krımın rəhbəri Sergey Aksyonov Kerç boğazından keçən körpüdə fövqəladə vəziyyət elan edib. Nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hadisə nəticəsində iki nəfər ölüb. Onların azyaşlı qızı xəsarət alıb.

Xəbər xətti