Hindistandan kritik dollar qərarı - ABŞ dolları əvəzinə ...

10:18 - 17 İyul 2023 - DÜNYA

Hindistan Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət əlaqələrində ABŞ dolları əvəzinə öz valyutasından istifadə edəcək.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı saziş Hindistanın baş naziri Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı imzalanıb. Modi burada BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Liderlər ikitərəfli ticarətdə Hindistanın valyutası olan rupiyə keçmək qərarına gəliblər.

Rupi ilə ilk ödənişin günlər ərzində həyata keçiriləcəyi açıqlanıb.

Bundan əlavə, iki ölkənin mərkəzi bankları öz ödəniş sistemlərini birləşdirəcəklər. Rəsmilər qeyd ediblər ki, bu sazişlər transsərhəd əməliyyatları və ödənişləri maneəsiz həyata keçirməyə imkan verəcək və daha geniş iqtisadi əməkdaşlığı təşviq edəcək.

Hindistan və Birləşmiş Ərəb Əmirliklərinin ticarət həcmi hazırda 85 milyard dollar civarındadır.

Xəbər xətti