Aviasiya qrupu səhər saatlarında Türkiyənin cənub-şərqindəki Hatay vilayətində 200 hektardan çox ərazini əhatə edən təbii yanğının söndürülməsinə tam gücü ilə davam edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın nəticəsində itki yoxdur. Gecə saatlarında məhdud vasitələrlə söndürmə işləri aparılıb. Yanğının episentri olan Belen rayonunda yerli sakinlər təxliyə edilib. Söndürmə işlərinə Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı rəhbərlik edir. Onun sözlərinə görə, 30 ədəd aviasiya (9 təyyarə və 21 helikopter), eləcə də 60-dan çox yerüstü texnika iştirak edir. Bir neçə saat ərzində yanğınların qarşısının alınacağı gözlənilir.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə bildirib ki, yanğına səbəb, ilkin versiyaya görə, insan faktoru olub. O, bildirib ki, polis araşdırma aparır və yanğınla əlaqəsi ola biləcək iki nəfər həbs edilib.