Aviaşouda təyyarənin qəzaya uğrama VİDEOSU

00:12 - 17 İyul 2023 - DÜNYA

Finlandiyada hava şousunda təyyarə qəzasının videosu yayılıb.

Ucnoqta.az xəbər verir ki, faciənin görüntülərini “İlta Sanomat” nəşri yayıb.

Hava şousu Kouvola şəhərində baş tutub. Ziyarətçilər “Extra 300” model təyyarənin akrobatik manevr zamanı hava limanı yaxınlığındakı meşəyə necə çırpıldığının şahidi olublar.

Finlandiya mətbuatının məlumatına görə, təyyarəni idarə edən pilot dünyasını dəyişib. Hadisə şahidləri çoxlarının şoka düşərək gördüklərindən tərpənə bilmədiyini, bəzilərinin isə təyyarənin düşdüyü yerə qaçmağa tələsdiyini bildirib.

Məlumata görə, tədbirdə ölkənin iki ən yaxşı pilotu - Sten Stokman və Harri Kanto iştirak edib. Onlardan hansının qəzaya uğrayan təyyarəyə nəzarət etdiyi hələlik məlum deyil. 

Xəbər xətti