İlin əvvəlindən Qərb tərəfdaşları Kiyevə dövlət büdcəsinin kəsirini ödəmək üçün 23 milyard dollardan çox vəsait ayırıblar.
Ucnoqta.az xəbər verir ki, bu məbləği Ukraynanın Baş naziri Denis Şmıqal Facebookda açıqlayıb.
Şmıqal qeyd edib ki, xərcləmədə hərbi sektor prioritetdir - bütün büdcə vəsaitlərinin təxminən yarısı, ondan sonra isə sosial proqramlar gəlir.
Açıqlanan məlumatlardan belə nəticə çıxır ki, altı ayda xərclər büdcə daxilolmalarını təxminən 13 milyard dollar üstələyib.