Hökumət bir aylıq məzuniyyətə göndərildi - Türkmənistanda

09:42 - 15 İyul 2023 - DÜNYA

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov ölkə hökumətinə avqustun 1-dən sentyabrın 1-dək məzuniyyətə çıxmağa icazə verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötən gün keçirilən geniş iclasının yekunlarına dair rəsmi “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

Qəzetin yazdığı kimi, Berdiməhəmmədov ümumilikdə ilin birinci yarısının göstəricilərinin qənaətbəxş olduğunu qeyd edərək, bütün nazirlik və idarələrin rəhbərlərinə yaxın günlərdə altı ayın yekunları üzrə müşavirələrin keçirilməsini tapşırıb. Bundan sonra kənd təsərrüfatı kompleksi və vəlayətlərin hyakimləri (rayon başçıları) istisna olmaqla, rəhbərlərə avqustun 1-dən sentyabrın 1-dək məzuniyyətə getməyə icazə verib. Dövlət başçısı onun əvvəlki illərdə olduğu kimi, ölkənin Avaza, Ərçman, Yılısuv kurort zonalarında və digər sanatoriyalarında keçirilməsini tövsiyə edib.

Ənənəvi olaraq, Türkmənistan hökuməti bu tarixlərdə bir aylıq məzuniyyətə çıxır. Ancaq istisnalar olub. Məsələn, 2018-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov məmurları iki həftəlik məzuniyyətə göndərmişdi.

Xəbər xətti