İngiltərənin "Mançester Siti" futbol klubunda və Fransa millisində çıxış edən Benjamin Mendi zorlama və zorlamaya cəhd ittihamları ilə təqsirli bilinməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, hökmü işə baxan Chester Crown Məhkəməsində 12 nəfərlik münsiflər heyəti çıxarıb.
Mendi Fransa millisinin heyətində 2018-ci il dünya çempionu 2018 və 2020-ci illərdə zorlama və zorlamaya cəhddə ittiham olunurdu.
28 yaşlı müdafiəçi 2020-ci ilin oktyabrında Çeşirdəki villasında 24 yaşlı qızı zorlamaqda və iki il əvvəl 29 yaşlı qadını zorlamağa cəhddə ittiham olunub. Futbolçunun özü isə hər iki halda hər şeyin qarşılıqlı razılaşma əsasında baş verdiyini əsas gətirərək ittihamları rədd edib.