Quterreşin məktubu taxıl müqaviləsinin uzadılmasına kömək edəcək - Ərdoğan

17:02 - 14 İyul 2023 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşin Rusiya prezidenti Vladimir Putinə “taxıl sazişi” ilə bağlı müraciətinin onun uzadılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Ərdoğan BMT baş katibinin Putinə məktubunun taxıl müqaviləsinin uzadılmasına kömək edəcəyini gözləyir.

"Cənab Quterreş cənab Putinə də məktub göndərib. Ümid edirəm ki, bu məktubun köməyi ilə bizim və Rusiyanın birgə səyləri ilə taxıl dəhlizinin uzadılmasını təmin edəcəyik", - Ərdoğan jurnalistlərə bildirib.

 

Xəbər xətti