İsrail prezidenti Yitzhak Herzog şənbə günü yəhudi dövlətinin Stokholmdakı səfirliyi qarşısında gözlənilən nümayiş zamanı İsveç hakimiyyətinin Tövrat kitabının yandırılmasına icazə vermə qərarını pisləyib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Yitzhak Hersoq qeyd edib ki, müqəddəs mətnlərə zərər verməyə icazə söz azadlığının təzahürü deyil, açıq-aşkar təhrik və saf nifrət aktıdır.
"İsveçin müqəddəs kitabların yandırılmasına icazə verməsini birmənalı olaraq pisləyirəm. İsrail Dövlətinin prezidenti kimi mən bütün dünya müsəlmanları üçün müqəddəs olan Quranın yandırılmasını pislədim və indi də ürəyim ağrıyır ki, yəhudilərin İncilini də eyni aqibət gözləyir" - Hersoqun deyib.
“Bütün dünya birləşməli və bu mənfur hərəkəti qəti şəkildə pisləməlidir”, - o əlavə edib.
“The Jerusalem Post”un yazdığına görə, İsveç hakimiyyəti İsrailin Stokholmdakı səfirliyi qarşısında müqəddəs yəhudi və xristian mətnlərinin açıq yandırılmasına icazə verib.