Hindistanın şimalında yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 145 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə India Today telekanalı məlumat yayıb.
Daha əvvəl 100-dən çox ölüm xəbəri verilmişdi.
İyunun sonundan etibarən Hindistanın şimalında yağışlı mövsüm başlayıb, iyulun 8-dən 10-a kimi musson yağışlarının Aralıq dənizi bölgəsindən nəmli hava kütlələrinin axını ilə birləşməsi səbəbindən bölgəyə leysan yağışları yağıb.