Yaponiyanın iri yük maşınları və avtobus istehsalçısı Isuzu Motors Rusiya bazarını tamamilə tərk etmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Qeyd olunur ki, şirkət öz filialının səhmlərini Rusiyanın avtomobil istehsalçısı Sollers şirkətinə verəcək. Ulyanovsk vilayətindəki montaj zavodu da 200 işçi heyəti ilə birlikdə Rusiya tərəfinə veriləcək. Müəssisənin özü 2022-ci ilin martında fəaliyyətini dayandırıb.
Rusiya bazarını tərk etmək qərarı Ukrayna ətrafındakı vəziyyətlə, həmçinin logistika ilə bağlı problemlər qarşısında hissələrin və birləşmələrin tədarükünün dayandırılması ilə bağlıdır.
Isuzu Motors 2008-ci ildə Ulyanovsk vilayətindəki montaj zavodunda istehsala başlayıb.