Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinə çıxararar - Bayden

19:17 - 13 İyul 2023 - DÜNYA

"Münaqişə bitməmiş Ukraynanın NATO-ya üzv olması üçüncü dünyanın başlanğıcı demək olardı"

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Finlandiya prezidenti Sauli Niiniste ilə danışıqların yekunu üzrə mətbuat konfransı zamanı deyib ki, Ukraynanın Rusiya ilə ərazisində gedən hərbi əməliyyatlar zamanı NATO-ya daxil olması üçüncü dünya müharibəsinin başlanması demək olacaq. 

“Müharibə zamanı heç kim NATO-ya qoşulmur: NATO ölkəsinə hücum etmək müharibədə, üçüncü dünya müharibəsində iştirak etmək deməkdir. Məsələ onların NATO-ya üzv olub-olmaması deyil, nə vaxt NATO-ya üzv ola biləcəkləridir”, - Amerika lideri bildirib.

Xəbər xətti