BMT-nin baş katibi Putinə taxıl müqaviləsini uzatmağı təklif edib

17:05 - 13 İyul 2023 - DÜNYA

BMT-nin baş katibi Antonio Quterreş Putinə Rusiyanın SWIFT-ə çıxışı müqabilində taxıl müqaviləsini uzatmağı təklif edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

BMT-nin sözçüsü Stefan Düjarrik agentliyə bildirib ki, Quterreş iyulun 11-də Putinə məktub yazıb və Ukrayna taxılının Qara dənizdən tədarükü müqabilində Rusiyanın ərzaq və gübrə ixracına əlavə yardım vəd edib.

Düjarrik bu cür danışıqların təfərrüatlarını açıqlamayıb, lakin əlavə edib ki, “baş katib məsələnin bütün tərəfləri ilə qarşılıqlı əlaqədədir və təklifin Rusiya Federasiyası ilə müzakirəsini davam etdirməyə hazırdır”.

Xəbər xətti