İsveçin bütün ərazisi coğrafi baxımdan NATO üçün əhəmiyyətlidir - Stoltenberq

16:59 - 13 İyul 2023 - DÜNYA

İsveç güclü müdafiəyə malikdir və “Baltik dənizində mühüm yerləşmişdir”.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı SVT telekanalına müsahibəsində NATO baş katibi Yens Stoltenberq bildirib.

"İsveçin bütün ərazisi coğrafi baxımdan NATO üçün maraq kəsb edir".

NATO-nun baş katibi həmçinin İsveçin yaxın gələcəkdə alyansın üzvü olacağına və onun fəaliyyətinə “əhəmiyyətli töhfə verəcəyinə” əminliyini ifadə edib. "İsveç güclü, peşəkar, yaxşı təlim keçmiş müdafiəyə və Baltik dənizində mühüm mövqeyə malikdir", - Stoltenberq bildirib.

Finlandiya və İsveçin üzvlükdən sonra NATO planlaması dəyişəcək, Şimali Avropa ölkələrinin hava qüvvələri birlikdə hərəkət edəcək.

Xəbər xətti