Ermənistan-Türkiyə sərhədindəki “Marqara” gömrük-keçid məntəqəsində modul pavilyonlar quraşdırılacaq.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.
Artıq ER hökumətinin qərarı ilə “Artcon” QSC-nin tikintisi üçün podratçıya 140,4 milyon dram ödənilib, daha 110,2 milyon dram isə ən azı üç modul pavilyonun dəmir-beton bünövrə plitələrində işlərin başa çatdırılması şərti ilə köçürüləcək.