İsrail hərbçiləri Livanla sərhəddə xəbərdarlıq atəşi açıb

16:21 - 13 İyul 2023 - DÜNYA

İsrail ordusunun əsgərləri cümə axşamı günü Livanla sərhəddə şiə partiyası Hizbullah fəallarının onlara qarşı fişənglər atan təxribatlarına cavab olaraq xəbərdarlıq atəşi açıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, insident İsrail əsgərlərinin tikanlı məftilləri sökməyə çalışan üç Hizbullah tərəfdarını yaraladığı Bustan bölgəsində baş verib.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin komandanlığı Əl Bustana sülhməramlılardan ibarət əlavə patrul göndərib. Orada yerləşdirilən Livan əsgərləri sərhəd sədlərinə gedən keçidləri bağlayıb və yerli fəalların onlara çatmasına imkan vermir.

Xəbər xətti