Özbəkistan prezidentinin andiçmə mərasimi iyulun 14-də baş tutacaq

14:58 - 13 İyul 2023 - DÜNYA

Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyevin andiçmə mərasimi iyulun 14-də baş tutacaq 

Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentin qanunvericilik (aşağı) palatasının mətbuat xidməti bildirib. Məlumata görə, bu, parlamentin hər iki palatasının birgə iclasında baş tutacaq,

Qeyd edək ki, iyulun 9-da respublikada növbədənkənar prezident seçkiləri keçirilib. MSK bütün bülletenləri hesabladıqdan sonra Mirziyoyevin 87,05% səslə seçkidə qalib gəldiyini bildirib.

Bu, prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılmasını nəzərdə tutan konstitusiya dəyişikliyindən sonra keçirilən ilk prezident seçkiləri idi.

Xəbər xətti