Mahaçqalanın mərkəzində sovet və Azərbaycan xadimi Heydər Əliyevin abidəsi ucaldılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
"Mahaçqala ərazisində, Şamil prospekti ilə Maqomed Yaraqski küçəsinin kəsişməsində görkəmli sovet və Azərbaycan siyasətçisi Heydər Əliyevin abidəsinin ucaldılması planlaşdırılır", - məlumatda deyilir.
Qeyd olunur ki, hazırda Dağıstan sakinləri abidələr üçün təklif olunan iki variantdan birini seçirlər.