Fransa parlamenti hərbi büdcənin rekord məbləğdə qanun layihəsini qəbul edib

14:17 - 13 İyul 2023 - DÜNYA

Fransa parlamenti 2024-cü ildən 2030-cu ilə qədər hərbi xərclər üçün 413 milyard avro nəzərdə tutan hərbi planlaşdırma qanununu təsdiqləyib. Sənəd üzrə yekun səsvermə cümə axşamı Fransa Senatında  keçirilib.

Ucnoqta.az xəbər verir ki, Senatın Twitter səhifəsində yayımlanan yayıma görə, 313 parlamentari hökumət qanununun qəbulunu dəstəkləyib, 17-si əleyhinə səs verib.

Sənədin müəllifləri, xüsusən, 2030-cu ilə qədər döyüş sursatı ehtiyatının artırılması üçün 16 milyard avro, pilotsuz təyyarələrin alınması üçün 5 milyard avro, kəşfiyyat işləri üçün 5 milyard avro, aerokosmik qüvvələrin modernləşdirilməsi üçün 2 milyard avro ayrılmasını təklif ediblər.

Bundan əlavə, qanun Rafale qırıcılarının istehsalı proqramının uzadılmasını nəzərdə tutur. 2027-ci ildən üç il müddətinə 42 qırıcının istehsalı planlaşdırılır.

Hökumət həmçinin bu müddət ərzində “Jaguar” döyüş kəşfiyyat maşınlarının istehsalını 238 ədədə çatdırmağı və “Qriffon” zirehli transportyorlarının sayını 1437 ədədə çatdırmağı planlaşdırır.

Xəbər xətti