"Bavariya"nın və Seneqal millisinin hücumçusu Sadio Mane cari transfer pəncərəsində klubu tərk edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Georg Holzner məlumat verib.
Onun sözlərinə görə, artıq klubun onunla hesablaşmadığı futbolçuya çatdırılıb və ona yeni komanda axtarışına başlamağı təklif edib.
“Bavariya” rəhbərliyinin Maneyə yeni klub axtarmağa icazə verməsinin səbəblərindən biri də maaşı azaltmaq istəyi olub.
Almaniya çempionatının son mövsümündə afrikalı hücumçu 25 oyun keçirib, o, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.