İqlim dəyişikliyi bəşəriyyət üçün əsas təhlükədir - Bayden

22:03 - 12 İyul 2023 - DÜNYA

Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün əsas təhlükə adlandırıb

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Litvada keçirilən NATO sammitində deyib.

O, bildirib ki, iqlim dəyişikliyi bəşəriyyət üçün əsas təhlükədir.

"Bilirsiniz, hamımız iqlim dəyişikliyini sürətləndirən ekzistensial təhlükə ilə həqiqətən mübarizə aparmaq üçün iradəmizi bir araya toplamalıyıq. Bu, realdır, ciddidir, bizim çox vaxtımız yoxdur. Bu, bəşəriyyət üçün əsas təhlükədir. Biz birlikdə iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını ala bilərik, bizim gələcəyimizi, uşaqlarımızın və nəvələrimizin gələcəyini məhv edəcək”, - Bayden çıxışı zamanı deyib.

Litvanın paytaxtında o, NATO sammitində və onun çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edib.

Xəbər xətti