"Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək".
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“Razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm. Hörmətli qardaşım İlham Əliyev də məsələni yaxından izləyir” – deyə Ərdoğan qeyd edib.