Yaponiya Rusiyanın hərbi təcavüzü ilə mübarizəyə yardım çərçivəsində Ukraynaya pilotsuz uçuş aparatlarının aşkarlanması sistemi verəcək.
Ucnoqta.az xəbər verir ki, Yaponiyanın Baş nazir Fumio Kisida bu barədə iyulun 12-də NATO-nun Vilnüsdə sammitində çıxışında bildirib. O, beynəlxalq ictimaiyyətin tarixi dönüş nöqtəsində olduğunu qeyd edib.
May ayında Yaponiyanın başçılıq etdiyi sammitdə G7 ölkələrinin status-kvonu güc yolu ilə dəyişdirmək üçün hər hansı birtərəfli cəhdə qəti şəkildə qarşı çıxmaq barədə razılaşmasına toxunaraq, Kişida Yaponiyanın azad və açıq beynəlxalq münasibətləri qorumaq və gücləndirmək üçün digər ölkələrlə əməkdaşlığı daha da inkişaf etdirəcəyinə söz verib.
Yaponiya lideri həmçinin bildirib ki, Avropanın təhlükəsizliyi və Hind-Sakit okeanın təhlükəsizliyi ayrılmazdır.