ABŞ Şimali Koreyanın raket buraxılışını pisləyib

17:25 - 12 İyul 2023 - DÜNYA

ABŞ KXDR-dən ballistik raketlərin buraxılmasını nəzərdə tutan sabitliyi pozan fəaliyyətləri dayandırmağa çağırır və diplomatik həll qapısının həmişə açıq olduğunu xatırladır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodc bəyan edib.

"Birləşmiş Ştatlar KXDR-i uzaqmənzilli ballistik raket sınağına görə qətiyyətlə pisləyir. Milli Təhlükəsizlik Şurası müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiyada vəziyyəti öyrənir. Diplomatiya qapısı bağlı deyil, lakin Pxenyan dərhal bunu etməlidir. Birləşmiş Ştatlar Amerikanın özünün, eləcə də Koreya Respublikası və Yaponiya timsalında müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək”, - bəyanatda deyilir.

Xəbər xətti