Ukrayna Almaniyadan əlavə Patriot kompleksləri və raketlər alacaq - Zelenski

13:16 - 12 İyul 2023 - DÜNYA

:Kiyev Berlindən əlavə Patriot zenit-raket kompleksləri (SAM) və onlar üçün raketlər alacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolzla görüşündən sonra deyib.

"Almaniyadan əlavə Patriot buraxılış sistemləri və onlar üçün raketlər haqqında razılaşma var", - Zelenski Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Şolzla görüşdə NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təminatları da müzakirə olunub.

Xəbər xətti