İran Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA yazıb. İran Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq mübahisəli adalarla bağlı bəyanata etiraz edib.
İran Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Aleksey Dedovu çağıraraq Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) üzv ölkələri ilə keçirilən sammitin yekunu üzrə Moskvanın bəyanatına etiraz edib.