Dünyada ilk dəfə oksigen-metan mühərrikli Zhuque-2 (ZQ-2, "Zhuque-2") daşıyıcı raketin buraxılışı uğurlu olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə LandSpace özəl kosmik şirkəti öz saytında məlumat verib.
ZQ-2-nin buraxılışı çərşənbə günü Pekin vaxtı ilə saat 09:00-da Çinin şimalındakı Cyuquan kosmodromundan həyata keçirilib.
Keçən ilin oktyabrında Çin yeni TQ-15A yüksək təzyiqli maye oksigen-metan mühərrikini uğurla sınaqdan keçirib. Hazırkı buraxılış artıq bu texnologiyanı sahədə tətbiq etmək üçün ikinci cəhddir. Belə bir raketin ilk buraxılışı dekabrda həyata keçirilib, lakin ikinci pillədəki mühərrikin nasazlığı səbəbindən uğursuz alınıb.///tass