Aİ Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır - Şarl Mişel

10:57 - 12 İyul 2023 - DÜNYA

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-nin Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb

Ucnoqta.az xəbər verir ki, onun bu barədə çıxışı Avropa Komissiyasının saytında verilib. Şarl Mişel bildirib ki, Aİ və NATO Ukraynanı dəstəkləmək, eləcə də ona lazımi təhlükəsizlik təminatları vermək niyyətində həmrəydir.

"NATO ilə Aİ arasında görüş çox vacibdir, Ukraynanı dəstəkləmək üçün birlikdə qalmaq vacibdir. Bizim NATO ilə əla əməkdaşlığımız var... Həmçinin vurğulamaq lazımdır ki, biz mümkün qədər vahid olmaq istəyirik və biz Ukraynaya təhlükəsizlik zəmanəti verməyə və bütün səylərdə iştirak etməyə hazırıq”, - deyə Avropa Şurasının rəhbəri bildirib.

Xəbər xətti