Ermənistanın “Fly Arna” aviaşirkəti Tehrana uçuşlara başlayıb
Ucnoqta.az xəbər verir ki, İranın “Təhlilbazar” agentliyinin məlumatına görə, Ermənistanın “Fly Arna” aviaşirkətinin İrəvandan İmam Xomeyni adına Tehran Beynəlxalq Hava Limanına reysləri təsdiqlənib.
İmam Xomeyni hava limanının direktor müavini Məhəmməd Rza Fərdi qeyd edib ki, “Fly Arna” İmam Xomeyni hava limanına uçuşlar həyata keçirəcək üçüncü Ermənistan aviaşirkəti olacaq.
Həftədə iki uçuşun həyata keçirilməsi planlaşdırılır.