Rusiyanın Ukraynada həlak olan hərbçilərinin sayı 235530-a çatıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Belə ki, son sutkada Rusiya silahlı qüvvələrinin 510 hərbçisi döyüşlərdə həlak olub.
Həmçinin ötən gün Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin 1 tank, 7 zirehli texnika, 17 artilleriya sistemi, 2 MLRS, 1 hava hücumundan müdafiə, 33 PUA, 12 maşın, 7 xüsusi texnikasını məhv edib.