Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də Cakartada İndoneziya və Laosun xarici işlər nazirləri ilə görüşəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya diplomatiya idarəsinin sözçüsü Mariya Zaxarova Sputnik radiosuna bildirib.
Məlumata görə, Lavrov İndoneziyaya səfərinə başlayıb və burada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında nazirlərin görüşlərində iştirak edəcək.